Dünya
30-11-2023, 13:55
1 098
Moskvada qarın hündürlüyü 25 sm-ə çatıb
Rusiya paytaxtında qarın hündürlüyü 25 santimetrə çatıb.
Hidrometeoroloqlar bunun normadan 3-4 dəfə çox olduğunu bildiriblər.
Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand noyabr ayının sonu üçün yağıntının miqdarının normadan dəfələrlə çox olduğunu söyləyib.
Onun sözlərinə görə, adətən noyabrın sonunda qarın hündürlüyü 6 santimetr olur. Vilfand qeyd edib ki, Moskvada noyabrın sonu üçün rekord hündürlük 1952-ci ildə qeydə alınıb ki, VDNX stansiyasında bu göstərici 22 santimetr olub.