Volodimir Zelenski cəbhə xəttinə gedib, hərbçilərlə görüşüb
30-11-2023, 15:31
1 312

Volodimir Zelenski cəbhə xəttinə gedib, hərbçilərlə görüşüb

Ukrayna Prezident Volodimir Zelenski cəbhə xəttinə gedib.

Bunu dövlət başçısı öz teleqram hesabında yazıb.

O, şimal-şərq cəbhəsinin Kupyansk sektoru yaxınlığındakı şəxsi heyətlə görüşüb.

Ukrayna lideri bir qrup hərbçini mükafatlandırıb və onlara uğurlar arzulayıb.

"Döyüşçülərə göstərdikləri xidmətə, dövlətimizi qoruduqlarına görə təşəkkür edirəm! Onlara qələbə arzulayıram”, - V. Zelenski bildirib.

Oxşar xəbərlər