Dünya
30-11-2023, 16:54
6 797
Rusiya XİN Lavrov-Mirzoyan danışıqlarının detallarını açıqlayıb - YENİLƏNİB
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Skopyedə ATƏT Nazirlər Şurası çərçivəsində keçirilən görüşdə müxtəlif səviyyələrdə gələcək təmasların zəruriliyini təsdiqləyiblər.
Bu barədə Rusiya XİN-nin Lavrov-Mirzoyan görüşü ilə bağlı yaydığı məlumata bildirilib.
“Görüşdə regional məsələlər üzrə fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanan üçtərəfli sazişlər toplusu əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, İrəvanla Bakı arasında sülh sazişinin bağlanmasına kömək etməyə hazır olduğunu təsdiqləyib. Müxtəlif səviyyələrdə gələcək təmaslara olan tələb təsdiqlənib”, - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.
O da bildirilib ki, tərəflər həmçinin ikitərəfli gündəliyin aktual məsələlərini və beynəlxalq platformalarda və ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
***
14:38
Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş keçirilib.
Görüş Şimali Makedoniyada keçirilən ATƏT XİN başçıları şurasının iclası çərçivəsində baş tutub.
Lavrov-Mirzoyan danışıqları barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova teleqram kanalında paylaşım edib.