Reperin konsertində 10-dan çox tamaşaçı zəhərləndi
1-12-2023, 09:44
888

Reperin konsertində 10-dan çox tamaşaçı zəhərləndi

Moskvada reper Kişlakın konsertində 10-dan çox insan naməlum maddədən zəhərlənib.

Hadisə yerinə bir neçə təcili yardım briqadası gəlib.

Zərərçəkənlər arasında 2-3 nəfər 15 yaşlı yeniyetmə və 20-25 yaş arası doqquz gənc var. Onların hamısı həkimlər tərəfindən müayinə olunur.

Zərərçəkənlərin əksəriyyəti spirtli içki qəbul edib. Onlar həmçinin narkotik istifadəsinə görə də yoxlanılacaq.

Oxşar xəbərlər