"Ukrayna ABŞ-nin 51-ci ştatı deyil" - Konqres üzvündən etiraz
1-12-2023, 09:45
894

"Ukrayna ABŞ-nin 51-ci ştatı deyil" - Konqres üzvündən etiraz

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin Nümayəndələr Palatasının spikeri Maykl Consonun Ukraynaya yardım planını tənqid edib.

O bu barədə sosial şəbəkələrdə məlumat verib.

“Ukrayna ABŞ-nin 51-ci ştatı və NATO üzvü deyil. Ukraynanı maliyyələşdirməyi dayandırın”, - Qrin yazıb. 

Nümayəndələr Palatasının spikeri Maykl Consonun planı ABŞ-nin Ukraynaya dəstək xərclərini Amerika sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün qanunvericiliklə əlaqələndirməkdir.

Oxşar xəbərlər