Dünya
1-12-2023, 10:54
1 324
Almaniyanın Novosibirskdəki Baş konsulluğu fəaliyyətini dayandırıb
Almaniyanın Novosibirsk şəhərindəki Baş konsulluğu fəaliyyətini dayandırıb.
Bu barədə Almaniyanın Rusiyadakı nümayəndəliklərinin rəsmi saytında məlumat verilib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya hökumətinin Almaniyanın nümayəndəlik və təşkilatlarının əməkdaşları üçün 350 nəfərlik kvota tətbiq etmək qərarı barədə məlumat verilib.
Bunun nəticəsində Rusiyanın Kalininqrad, Yekaterinburq və Novosibirsk şəhərlərindəki Almaniya Baş konsulluqlarının cari ilin sonuna qədər bağlanması planlaşdırılıb.