Özbəkistanda üç "qanuni oğru" həbs edildi
1-12-2023, 12:26
1 336

Özbəkistanda üç "qanuni oğru" həbs edildi

Özbəkistanda "qanuni oğru" “Baxti Tashkentsky” və “Baxti Yangiabadski” ləqəbləri ilə tanınan 52 yaşlı Bəxtiyor Kudratullayev Daşkənddə saxlanılıb.

Bu barədə Özbəkistan KİV-ləri məlumat yayıb. 

Onunla yanaşı,  "qanuni oğru"lar  “Saidaziz Medqorodok” ləqəbi ilə tanınan Səidəziz Saydəliyev və Bahodir Sultanov da saxlanılıb. Həbs zamanı Səidəliyev və onun oğlanları polisə müqavimət göstəriblər. 

Saxlanılan şəxslər Daşkənd Baş Daxili İşlər İdarəsinin və Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarına yerləşdirilib. Onlara 10-15 sutka həbs cəzası verilib.

Kriminal avtoritetlərin hansı səbəbdən həbs edildiyi açıqlanmayıb. 

Oxşar xəbərlər