Zaxarova: Zelenskini rahat buraxmayacağıq
1-12-2023, 15:34
1 283

Zaxarova: Zelenskini rahat buraxmayacağıq

Ukrayna artıq Qərb mediası üçün maraqlı deyil.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında yazıb.

O bildirib ki, Qərb mediası artıq Ukrayna ilə hətta anti-Rusiya təxribatları formasında belə maraqlanmır.

"Sergey Lavrovun Skopyedəki mətbuat konfransı təxminən 1,5 saat davam edib. Qərb mediası artıq Ukrayna ilə maraqlanmır, hətta anti-Rusiya təxribatları formasında belə. Mövzunu (Ukrayna mövzusunu – red.) söndürüblər. Amma biz Zelenskini rahat buraxmayacağıq", - deyə Zaxarova yazıb.

Oxşar xəbərlər