Rusiya sülhməramlıları Xocavənddə baş verənlərdən xəbərsizdir?
29-12-2020, 10:40
247

Rusiya sülhməramlıları Xocavənddə baş verənlərdən xəbərsizdir?

Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları Xocavənd (Hadrut) ərazisində atışmanın baş verməsi haqqında informasiyanı yoxlayacaqlar.  “Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, hazırda atəşin dayandırılmasının rejiminə bütün təmas xətti üzrə riayət edilir.
Tərəflər üzrə barışıq mərkəzi 27 dekabr 2020-ci il tarixdə Tuğ ərazisində avtomat silahların istifadə barədə məlumatları yoxlayır.
Nazirlikdə xatırladıblar ki, dekabrın 28-də əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Rusiyanın Kosmik Hava Qüvvələrinin helikopteri ilə iki əsir Bakıya çatdırılıb. Həmçinin Ermənistana dörd əsir qaytarılıb.
Qeyd edək ki, Rusiya sülhməramlılarının baş verənlərdən xəbərsiz olması və ya özlərini belə göstərməsi onların üzərinə düşən vəzifələri yerinə yetirmədiyini bir daha nümayiş etdirir. 

Oxşar xəbərlər