Dünya
1-12-2023, 17:13
7 537
Lula da Silva: İqlimlə bağlı fövqəladə vəziyyət Braziliyada artıq reallıqdır
İqlimlə bağlı fövqəladə vəziyyət Braziliyada artıq reallıqdır.
Bu barədə Braziliya Prezidenti Lula da Silva Dubayda keçirilən BMT İqlim Dəyişikliyi Konfransında çıxışında deyib.
“Braziliyada iqlimlə bağlı fövqəladə hal artıq reallıqdır. Amazon hazırda görünməmiş quraqlıq yaşayır. Çayların səviyyəsi son 120 ildə ən aşağı səviyyəyə enib. Dünyanın ən böyük şirin su anbarlarının yerləşdiyi yerdə bunu görəcəyimi heç təsəvvür etməzdim”, - deyə Prezident Silva bildirib.
O deyib ki, meşələrin qırılması “qlobal emissiyaların yalnız 10%-ni təşkil edir”.
Lula da Silva çıxışında enerji, sənaye və nəqliyyat sektorlarının çoxlu istixana qazları buraxdığını vurğulayıb.
“Daha ağac kəsməsək belə, digər ölkələr öz üzərinə düşəni etməsələr, Amazon geri dönüş nöqtəsinə çata bilər. Qlobal temperaturun artması Amazonun bərpa oluna bilməyəcək savannalaşma prosesini başlada bilər”.
Braziliya Prezidenti çıxışında COP28-in Paris Sazişinin qlobal incəliklərini anlamağa xidmət edəcəyini, Braziliyanın da imzaladığı müqavilənin istixana qazı emissiyalarının azaldılması üçün hədəflər müəyyən etdiyini bildirib:
“Braziliya 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaqla yanaşı, 2025-ci ilə qədər emissiyaları 48% və 2030-cu ilə qədər 53% azaltmağı öhdəsinə götürüb".
O, Braziliyanın 2030-cu ilə qədər Amazonda meşələrin qırılmasını aradan qaldırmaq niyyətini bir daha təkrarlayıb.