Moskva hava limanlarında 70-dən çox reys gecikib
4-12-2023, 09:55
934

Moskva hava limanlarında 70-dən çox reys gecikib

Moskvaya gələn və paytaxtdan uçan 73 reys ləğv edilib və ya gecikir.

Moskva vaxtı ilə saat 02:18-də verilən məlumata görə, “Şeremetyevo” hava limanında 34 reys gecikib. “Domodedovo”da 17 reys gecikib, daha 3 reys təxirə salınıb, “Vnukovo”da 13, “Jukovski”də isə 6 reys gecikib.

Rusiyanın Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfandın verdiyi məlumata görə, bazar günü Moskvada 145 illik müşahidələr zamanı maksimum yağıntı olub.

Oxşar xəbərlər