Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var
4-12-2023, 11:01
1 119

Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var

İndoneziyada Marapi vulkanı püskürüb. 

Xarici KİV xəbər verir ki, təbiət hadisəsi nəticəsində 11 alpinist yanaraq həlak olub, daha 12 nəfər itkin düşüb. Onların axtarışları təhlükəsizlik səbəbi ilə dayandırılıb.

Marapi vulkanı dekabrın 3-də İndoneziyanın Qərbi Sumatra əyalətində püskürüb. Alpinistlərin ümumi sayı 75 nəfər olub. 

Marapi Sumatra adasındakı ən aktiv vulkanlardan biridir. 1979-cu ildə vulkanın püskürməsi zamanı 60 nəfər həlak olub. 

Oxşar xəbərlər