Keçmiş səfir casusluğa görə saxlanıldı
4-12-2023, 11:16
1 197

Keçmiş səfir casusluğa görə saxlanıldı

ABŞ-nin Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluq ittihamı ilə Mayamidə saxlanılıb. 

Xarici KİV xəbər verir ki, eks-səfir Federal Təhqiqatlar Bürosunun (FTB) Kubaya qarşı apardığı “əks-kəşfiyyat” araşdırması nəticəsində yaxalanıb. 

 Məlumata görə, Roça ABŞ Ədliyyə Nazirliyi tərəfindən “Kubanın maraqlarına xidmət etməkdə” ittiham olunub. 

Məsələ ilə bağlı ABŞ-dən hələlik heç bir açıqlama verilməyib.

Oxşar xəbərlər