Avtobus sürücüsü azarkeşi öldürdü
4-12-2023, 11:23
1 227

Avtobus sürücüsü azarkeşi öldürdü

Fransanın “Nant” klubunun azarkeşi öldürülüb.Hadisə ölkə çempionatının 14-cü turunda “Nitsa”ya qarşı keçiriləcək oyundan öncə baş verib.

Belə ki, “Nitsa” klubunun azarkeşləri Nant şəhərinə səfər gələrkən avtobusları yerli fanatlar tərəfindən hücuma məruz qalıb. Daha sonra 31 yaşlı yerli azarkeşin meyiti tapılıb. O, kürəyindən bıçaqlanıb.

Aydın olub ki, həmin azarkeşi hücuma məruz qalan avtobusun sürücüsü öldürüb. O, hücuma məruz qalmalarına görə əsəbiləşib və bu cür addım atıb.

Oxşar xəbərlər