Dünya
4-12-2023, 11:31
1 253
Çin Avropa İttifaqı ilə sammitin keçiriləcəyini təsdiqləyib
Çin Sədri Si Cinpin dekabrın 7-də Pekində Avropa İttifaqının (Aİ) rəhbərliyi ilə görüşəcək.
TASS xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Xua Çunin məlumat verib.
“Çin və Aİ arasında razılaşmalara uyğun olaraq dekabrın 7-də Pekində 24-cü Çin-Avropa İttifaqı sammiti keçiriləcək. Çin Sədri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşəcək”, - o qeyd edib.
Onun sözlərinə görə, sammitdə Çin Dövlət Şurasının Baş naziri Li Çyan da iştirak edəcək.
Xatırladaq ki, bu formatda əvvəlki sammit 2019-cu ildə baş tutub.