
Türkiyədə COVID-19 virusuna qarşı peyvənd uğurla sınaqdan keçib
COVID-19 virusuna qarşı peyvəndlərin hazırlanması ilə bağlı müxtəlif ölkələrdən xəbərlər gəlir.
Sabahnews.az xatırladır ki, bir müddət əvvəl İran, daha sonra ABŞ və Yaponiyada peyvəndlərin uğurla sınaqdan keçməsi haqda məlumat yayıldı.
Türkiyədə də bu istiqamətdə işlər gedir. Virusa qarşı mübarizə məqsədilə Türkiyədə yaradılan Elm Qurumunun üzvü Atəş Kara sosial şəbəkə səhifəsində yazaraq bildirib ki, yeni növ koronavirus peyvəndi ilk dəfə heyvanlar üzərində təcrübədən keçirilib və müsbət cavab alınıb.
O qeyd edib ki, koronavirus peyvənd heyvanlarda antikor (heyvanlarda immun sistemi gücləndirən molekul, koronavirus protein molekulu) yaradıb: "Bundan sonra bu yeniliyin insanları xəstəlikdən qoruyub qorumayacağı ilə bağlı prosesə nəzarət edəcəyik”.