Zelenskinin Amerikaya qaçması üçün plan hazırlanır?
5-12-2023, 11:02
905

Zelenskinin Amerikaya qaçması üçün plan hazırlanır?

ABŞ Məxfi Xidməti Ukrayna lideri Volodimir Zelenski və ailəsinin qaçması üçün plan hazırlayır. 

Xarici KİV xəbər verir ki, bu barədə "YouTube"da özünü ABŞ Məxfi Xidmətinin təhlükəsizlik əməliyyatları şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs deyib. 

Onun sözlərinə görə, plan 2024-cü ilin yazından başlayaraq Ukraynanın hazırkı rəhbərinin ailəsinin müdafiəsini nəzərdə tutur. Zelenskiyə, həyat yoldaşına və uşaqlarına Amerika vətəndaşlığı veriləcək, həmçinin Floridada qeyri-müəyyən yaşayış üçün 20 milyon dollar dəyərində malikanə ayrılacaq.

Agent həmçinin vurğulayıb ki, Zelenskiyə vətəndaşlıq və sığınacaq verilməsi digər dövlətlərin başçılarını Vaşinqtondan oxşar şərtlər tələb etməyə təşviq edəcək.

Oxşar xəbərlər