Hindistan və Ermənistan müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək
5-12-2023, 13:15
1 101

Hindistan və Ermənistan müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək

Hindistan və Ermənistan müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək.

Bunu Hindistanın Ermənistandakı səfiri Nilakşi Saha Sinx İrəvanda keçirilən “Yeni regional reallıqlar və Sülh kəsişməsi” adlı beynəlxalq konfransda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Səfir qeyd edib ki, qonşu ölkələr arasında əlaqələrin olması - rifahın və iqtisadi artımın stimullaşdırılmasın açarıdır.

Hindistanın Cənubi Qafqazda aktivləşməsi və Ermənistana silah tədarükü ilə bağlı sualı cavablandıran səfir qeyd edib ki, Ermənistanla Hindistan arasında müdafiə sektorunda əməkdaşlıq mövcuddur.

Oxşar xəbərlər