Nepal Rusiyadan öz vətəndaşlarını orduya cəlb etməməsini istəyib
5-12-2023, 13:56
1 145

Nepal Rusiyadan öz vətəndaşlarını orduya cəlb etməməsini istəyib

Nepal Moskvadan öz vətəndaşlarını orduya cəlb etməməsini, cəlb edilənlərinsə, geri göndərilməsini istəyib.

“Reuters“ xəbər verir ki, Katmandu müvafiq müraciəti Rusiya ordusuna xidmət edən 6 nepallı əsgərin öldürülməsi faktının aşkarlanmasından sonra edib və Rusiyadan dərhal istənilən nepallı əsgərin geri göndərilməsini istəyib.

“Reuters“in məlumatına görə “Qurkalar” adlandırılan nepallı əsgərlər döyüş qabiliyyətləri və cəsarətləri ilə seçilirlər və ölkənin 1947-ci ildə Hindistandan müstəqilliyini qazanmasından sonra sözügedən döyüşçülər üç ölkə arasında razılaşma əsasında Britaniya və Hindistan ordularında da xidmət edirlər.

Nepal hökumətinin bəyanatında Rusiya ordusunda xidmət edən 6 vətəndaşı öldürüldüyü qeyd olunsa da əlavə detala yer verilməyib: “Nepal hökuməti Rusiya hökumətindən dərhal onların meyitlərini qaytarmasını və ailələrinə təzminat ödəməsini istəyib”.

Bəyanatda qeyd olunub ki, Rusiya ordusunda xidmət edərkən Ukraynaya əsir düşən Nepal vətəndaşının azad edilməsi məqsədilə diplomatik səylər davam etdirilir.

Hazırda Rusiya ordusunda 150-200 nepallının muzdlu xidmət göstərdiyi bildirilir.

Oxşar xəbərlər