Dünya
5-12-2023, 15:10
1 356
Qəzzada döyüşlərdə ölən İsrail hərbçilərinin sayı 80-ə çatıb - YENİLƏNİB
İsrailin Qəzzada apardığı quru əməliyyatında ölən hərbçilərinin sayı 80-ə çatıb.
"Times of Israel" xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, daha iki hərbçi - 24 yaşlı kapitan Yahel Qazit və 34 yaşlı baş çavuş Gil Daniels davam edən quru döyüşlərində həlak olublar.
***
10:37
HAMAS-la müharibədə ölən İsrail hərbçilərinin sayı 404 nəfərə çatıb.
Bu barədə “The Times of İsrael” nəşri yazıb.
Ötən gün döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında daha 3 hərbçisinin öldüyü açıqlanıb.
Onlardan 1-nin zabit, 2-sinin isə çavuş olduğu bildirilib. Daha 1 hərbi qulluqçu isə yaralanıb.
Qeyd olunub ki, Qəzzada quru əməliyyatı başlayandan bəri 75 İsrail hərbçisi öldürülüb.