Pnevmoniya dünyaya bu ölkədən yayılıb
6-12-2023, 09:49
964

Pnevmoniya dünyaya bu ölkədən yayılıb

Hazırda bütün dünyanın yeni bəlasına çevrilmiş  pnevmoniya Çindən yayılıb. 

Bu barədə xarici KİV yazıb.

Bildirilir ki, Çinin özündə, demək olar ki, bütün xəstəxanalar epidemiyaya görə doludur.

Çindən ABŞ-a yayılan yoluxmaya görə ən qaynar nöqtələr Ohayo və Massaçusetsdir.

Çin artıq bunun qarşısını almaq üçün kovidsayağı tədbirlərə keçib: qoruyucu maskalar, əlcəklərdən istifadə olunur. 

Pnevmoniya epidemiyası Çin Kommunist Partiyasının üzvləri arasında da ölüm hallarının artmasına səbəb olub. Həmçinin, noyabrın sonunda yerli institutların doqquz professoru xəstəlikdən dünyasını dəyişib. Pnevmoniya, əsasən, 70 yaşdan yuxarı yaşlı insanlarda müşahidə olunur.

Noyabrın sonunda mutant virus haqqında da yazılmışdı. O zaman infeksiyaya görə hər gün yeddi min insan Çin xəstəxanalarına yerləşdirilmişdi.

Oxşar xəbərlər