"Qanuni oğru" Sankt-Peterburqda saxlanıldı
6-12-2023, 10:42
1 102

"Qanuni oğru" Sankt-Peterburqda saxlanıldı

Sankt-Peterburqda "qanuni oğru" İka Qalski kimi tanınan İrakli Buliskeriya saxlanılıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. 
Bildirilir ki, Buliskeriya saxlanılaraq İstintaq Komitəsinin Sankt-Peterburqun Admiralteyski rayonu üzrə İstintaq İdarəsinə aparılıb. Məlumata görə, 41 yaşlı "qanuni oğru" əməliyyatçılar tərəfindən saxlanılıb. Onun həbsi 2023-cü ilin fevralında Şimali paytaxtdakı hotellərdən birində baş verən atışma ilə kütləvi dava ilə bağlıdır.

Oxşar xəbərlər