"Barbie" reklam üzü olaraq onları seçdi - FOTO
6-12-2023, 12:44
1 315

"Barbie" reklam üzü olaraq onları seçdi - FOTO

"Türk Hava Yolları" Avstraliyaya uçuşlarını tanıtmaq üçün Hollivudun dünyaca məşhur ulduzu Marqot Robbi ilə razılaşıb.
"Türk Hava Yolları" (THY) Avstraliyaya uçuşlarını tanıtmaq üçün reklam siması ilə bağlı qərarını açıqlayıb. THY dünyaca məşhur Hollivud ulduzu Marqot Robbi ilə əməkdaşlıq etmək qərarına gəlib.
"Barbie" filmindəki son rolu ilə bəyənilən Robbinin Türkiyəyə gətiriləcəyi və bir çox yerlərə baş çəkəcəyi bildirilib. THY-dən edilən açıqlamada bu ifadələrə yer verilib:
"15-25 mart 2024-cü il tarixləri arasında Avstraliyaya uçuşlara başlayacağıq.İndi avstraliyalı aktrisa Marqot Robbi ilə görüşürük. Uçuşa bir həftə qalmış onu gətirməyi və Göbeklitəpə kimi bir çox yeri göstərməyi planlaşdırırıq. Avstraliyaya uçuş birləşdirilmiş şəkildə olacaq. Buradan Sinqapura 10 saat, oradan isə Avstraliyaya 7 saat olacaq".
"Barbie" reklam üzü olaraq onları seçdi - FOTO"Barbie" reklam üzü olaraq onları seçdi - FOTO

Oxşar xəbərlər