Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb
7-12-2023, 10:58
1 136

Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb

Rusiyanın Bryansk şəhərində səkkizinci sinif şagirdi olan qız məktəbdə atəş açıb.

TASS-ın əldə etdiyi məlumata görə, hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Fövqəladə hadisə şəhərin 5 saylı gimnaziyasında baş verib.

"8-ci sinif şagirdi məktəbə odlu silah gətirib və ondan bir neçə dəfə atəş açıb", - agentliyin mənbəsi bildirib.

Oxşar xəbərlər