Rusiya almazlarının idxalına qadağa qoyulub
7-12-2023, 11:04
1 171

Rusiya almazlarının idxalına qadağa qoyulub

Kanada Rusiya brilyantlarının və almaz zinət əşyalarının Rusiya Federasiyasından birbaşa idxalına qadağa tətbiq edir.

Bu barədə Kanadanın xarici işlər naziri Melani Coli məlumat verib.

"Bu qadağanın G7 tərəfdaşlarımızla razılaşaraq həyata keçirilməsi Rusiyaya açıq siqnal göndərir: biz Rusiyanın almaz gəlirlərindən müharibəni maliyyələşdirmək üçün istifadəsinə dözməyəcəyik", - Coli bildirib.

Oxşar xəbərlər