Məşhur ulduz arıqlama dərmanından xəstəxanalıq oldu
7-12-2023, 11:25
1 395

Məşhur ulduz arıqlama dərmanından xəstəxanalıq oldu

"Nyu Cersinin Əsl Evdar Xanımları" realiti-şousunun aktrisalarından olan Cennifer Fessler arıqladıcı dərmanlarla bağlı etiraf edib.

Xarci media xəbər verir ki, arıqlayan dərmanlardan istifadə etdiyi üçün səhhətində ciddi problemlər olsa da, vəziyyəti vecinə almadığını bildirən aktirsa, yaşadıqlarını izləyiciləri ilə bölüşüb. Pəhriz və idman əvəzinə arıqlama həbləri qəbul edən Cennifer Fessler dərmanların yan təsirləri səbəbindən xəstəxanaya yerləşdirildiyini etiraf edib.

55 yaşlı məşhur 1 ildir istifadə etdiyi dərmanlar səbəbiylə əzələlərini itirdiyini və bunu yoxlatdırmaq üçün hər ay həkimə getməyə başladığını bildririb.

Oxşar xəbərlər