Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb, 3 nəfəri yaralayıb, özü intihar edib - YENİLƏNİB-1
7-12-2023, 11:32
1 357

Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb, 3 nəfəri yaralayıb, özü intihar edib - YENİLƏNİB-1

Rusiyanın Bryansk şəhərində 7-ci sinif şagirdi qız məktəbdə odlu silahdan atəş açıb.

TASS xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi hadisə zamanı 3 nəfərin yaralandığını bildirib.

Hadisəni törədən 7-ci sinif şagirdi Alina A. insidentdən sonra intihar edib.

***

11:13

Rusiyanın Bryansk şəhərində 7-ci sinif şagirdi qız məktəbdə odlu silahdan atəş açıb.

TASS xəbər verir ki, Bryansk şəhər administrasiyası hadisə zamanı 2 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.

Ölənlərdən birinin hadisəni törədən qızın özü olduğu ehtimnal edilir.

***

10:55

Rusiyada məktəb şagirdi odlu silahdan atəş açıb.

Bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyanın səkkizinci sinif şagirdi odlu silahdan bir neçə dəfə atəş açıb.

Məktəbli qızın atəş açması nəticəsində xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.

Oxşar xəbərlər