Dünya
7-12-2023, 13:02
1 584
Nazir: Ermənistanda Rusiya kanallarının bağlanması məsələsi müzakirə olunmur
Ermənistanda Rusiya kanallarının bağlanması məsələsi müzakirə olunmur.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə ölkənin yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, bu ayın ortalarında Ermənistan və Rusiya nümayəndələri kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında sazişin pozulması ilə bağlı məsləhətləşmələr aparacaqlar və hər şey məsləhətləşmələrin gedişindən asılıdır.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə əsasən, ölkənin Yüksək Texnologiyalar Sənayesi Nazirliyi rəsmi məktub göndərərək Rusiya tərəfini məsləhətləşmələrə dəvət edib. Buna səbəb kimi kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında sazişin pozulması göstərilib.