30-a yaxın rusiyalı turist tayqada azıb
7-12-2023, 14:47
1 384

30-a yaxın rusiyalı turist tayqada azıb

Xakasiyada (Rusiyanın cənubunda Sibirdə yerləşən respublikadır - red.) 30-a yaxın insan tayqada itkin düşüb.  

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Priiskovoe kəndi yaxınlığında baş verib. Bir neçə turist qrupu gəzintiyə çıxıb. Bu zaman hava pisləşib, 28 nəfər tayqadan çıxa bilməyib və gecəni oarada keçirməli olub.   

"Hazırda yerli sakinlər və istirahət edənlər arasından könüllülər tərəfindən xilasetmə əməliyyatı təşkil olunub", - məlumatda deyilir. 

Havanın aşağı temperaturu, güclü külək və qar fırtınası səbəbindən gecə saatlarında axtarışlara başlamaq mümkün olmayıb. Mütəxəssislər hadisə yerinə yalnız səhər gediblər. Mi-8 də hazır vəziyyətə gətirilib.

Oxşar xəbərlər