Yaponiyada göyərçin öldürən taksi sürücüsü həbs edildi
7-12-2023, 18:25
6 657

Yaponiyada göyərçin öldürən taksi sürücüsü həbs edildi

Yaponiyada göyərçinlərin üzərinə avtomobilini sürüb bir göyərçinin ölümünə səbəb olan taksi sürücüsü Atsushi Ozawa saxlanılıb.
 
Xarici medianın məlumatına görə, Tokio polisindən verilən açıqlamada göyərçinlərin ov heyvanı kateqoriyasına aid edilmədiyi və Ozawanın vəhşi təbiəti mühafizə qanunlarını pozduğu üçün nəzarətə alındığı bildirilib.
Saxlanılan şübhəli isə polisə “Yollar insanlar üçündür. “Göyərçinlərin maşınlardan qaçıb-qaçamayacağı onların öz işidir” deyə ifadə verib.   

Oxşar xəbərlər