ABŞ-nin İraqdakı səfirliyi raket hücumuna məruz qalıb
8-12-2023, 09:50
1 083

ABŞ-nin İraqdakı səfirliyi raket hücumuna məruz qalıb

İraqın paytaxtı Bağdadda yüksək mühafizə olunan Yaşıl Zonada ABŞ səfirliyinin ətrafı raket atəşinə tutulub.

Bu barədə "Shafaq News" agentliyi İraq təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Diplomatik nümayəndəlik şəhərin mərkəzində yerləşir. Onun yaxınlığında partlayış səslərinin eşidildiyi, binanın içərisində həyəcan sirenlərinin səsləndiyi qeyd edilir. Mənbənin sözlərinə görə, səfirliyin ətraf ərazisinə bir neçə raket atılıb.

Son zamanlar ABŞ-nin Yaxın Şərqdəki səfirlikləri dəfələrlə hücuma və ya təxribata məruz qalıb. Xüsusilə, sentyabrın 20-də Amerikanın Livandakı diplomatik missiyasının yaxınlığında  atəş açılıb. Daha sonra Vaşinqton Amerika vətəndaşlarına Livana səfər etməməyi tövsiyə edib və ABŞ-nin Beyrutdakı səfirliyinin bəzi əməkdaşlarına  ölkəni tərk etməyə icazə verib.

Oxşar xəbərlər