Krımda qaz kəməri partlayıb
8-12-2023, 10:05
1 131

Krımda qaz kəməri partlayıb

Krımın Kerç şəhərində qaz kəmərindəki partlayışdan sonra yanğın baş verib.

Bu barədə Rusiya KİV-ləri və Krım Telegram kanalları məlumat yayıb.

"Prombazda qaz borusu partladı, qaz iyi bütün rayona yayıldı", - məlumatda deyilir. 

Hadisə yerində Fövqəladə Hallar Nazirliyi, polis, Rusiya Qvardiyası və qaz qəza briqadası işləyir.

Oxşar xəbərlər