"Bu öhdəlik mühüm etimad quruculuğu tədbiridir" - ABŞ
8-12-2023, 10:15
1 118

"Bu öhdəlik mühüm etimad quruculuğu tədbiridir" - ABŞ

ABŞ İrəvan və Bakının məhbusların azad edilməsi ilə bağlı birgə bəyanatını alqışlayır. 

Bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb. 

Vaşinqton davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri ardıcıl dəstəkləməyə davam edəcəyini vurğulayıb: "Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni məhbusun azad edilməsi ilə bağlı bəyanatını alqışlayır. Tərəflər sülh sazişinin yekunlaşdırılması və münasibətlərin normallaşdırılması istiqamətində çalışdıqları üçün bu öhdəlik mühüm etimad quruculuğu tədbiridir. Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək üçün zəmin yaratmaq üçün birgə səylərinə görə Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın Baş naziri Paşinyanı alqışlayırıq".

Oxşar xəbərlər