700 yarıçılpaq fələstinlini hərbi yük maşınlarına mindirdilər - VİDEO
8-12-2023, 13:23
8 003

700 yarıçılpaq fələstinlini hərbi yük maşınlarına mindirdilər - VİDEO

Qəzza zolağında hücumlarını davam etdirən İsrail ordusu 700-ə yaxın fələstinlini həbs edib.
KAN-ın sosial media hesabında paylaşdığı görüntülərdə Qəzza zolağının şimalında dağıntıların ortasında yarıçılpaq, yan-yana düzülmüş və əlləri qandallı onlarla fələstinli görüntülənib. Videoda gözləri bağlı fələstinli kişilərin sürünərək hərbi yük maşınlarına mindirildiyi əks olunub.
Görüntülərlə bağlı İsrail ordusundan heç bir açıqlama verilməyib. Ölkə mətbuatında yer alan xəbərlərdə Fələstinlilərin HƏMAS şübhəlisi olduğu yazılıb.


Oxşar xəbərlər