Dünya
8-12-2023, 13:31
7 980
Bu ölkədə fövqəladə vəziyyət elan edildi
Seyşel adalarının prezidenti Wavel Ramkalavan ölkə daxilində fövqəladə vəziyyətin elan edildiyini açıqlayıb.
Xarici media xəbər verir ki, Ramkalavanın ofisindən verilən açıqlamada, sənaye bölgəsindəki partlayıcı anbarda baş verən partlayış və daşqınların yaratdığı dağıntılar səbəbilə fövqəladə vəziyyət elan edildiyi bildirilib.
Açıqlamada bütün vətəndaşlardan evdə qalmaları istənilib və məktəblərin də bağlandığı bildirilib. Açıqlamada, əsas xidmətlərdə çalışan insanlar istisna olmaqla, hər kəsə səyahət qadağasının qoyulduğu da vurğulanıb.
Qeyd edək ki, Afrikanın şərqində 100 min əhalisi olan Seyşel adaları 115 adadan ibarətdir.