Ermənistanda Honq-Konq qripi yayılır
8-12-2023, 16:50
7 599

Ermənistanda Honq-Konq qripi yayılır

Ermənistan Respublikasında kəskin respirator infeksiyalar nəticəsində xəstələnmənin artması qeydə alınıb. 
Bu barədə Ermənistan Səhiyyə Nazirliyi açıqlayıb. 
Bununla yanaşı, ölkədə Honq-Konq adlanan A yarımtipi H3N2 qripi, həmçinin B qripinin patogenləri və COVID-19 da dövriyyədədir. 
Digər tənəffüs yoluxucu infeksiyalar arasında rinovirus, respirator sinsitial virus və koronavirus xəstəliyinin (SARS-COV-2) törədiciləri müəyyən edilib. 

Oxşar xəbərlər