Həmin vaxt üzünün iflic olduğunu açıqladı
11-12-2023, 13:03
1 890

Həmin vaxt üzünün iflic olduğunu açıqladı

Hollivud ulduzu Ancelina Coli "WSJ" jurnalına müsahibəsinə eks-həyat yoldaşı, aktyor Bred Pittdən qalmaqallı boşanmasından sonra yaşadıqlarını danışıb.

Aktrisa bu prosesin onun səhhətinə mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, 2017-ci ildə ona üzün bir tərəfini müvəqqəti iflic edən nevroloji xəstəlik olan Bell iflici diaqnozu qoyulub:

"Bədənim stresə çox güclü reaksiya verir. Qanda şəkərin səviyyəsi yüksəlir və düşür. Boşanma ərəfəsində Bell iflici oldum".

Qeyd edək ki, Coli və Bred 2019-cu ildə boşanıb.

Oxşar xəbərlər