Qəzza zolağında ölən israilli hərbçilərin sayı açıqlanıb - YENİLƏNİB
11-12-2023, 14:46
7 643

Qəzza zolağında ölən israilli hərbçilərin sayı açıqlanıb - YENİLƏNİB

Qəzza zolağında ölən israilli hərbçilərin sayı 430-a çatıb

Qəzza zolağında 7 oktyabrdan indiyə kimi ölən israilli hərbçilərin sayı 430-a çatıb.

Bu barədə məlumat İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) rəsmi saytında dərc edilib.

Məlumata əsasən, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi yerüstü hərbi əməliyyatlar nəticəsində ötən gün 8 hərbçi ölüb və bununla da ümumilikdə 430 israilli hərbçi həyatını itirib.


***

İsrail Ordusu Qəzzada hərbi əməliyyatlar zamanı daha dörd əsgərini itirib.

TASS xəbər verir ki, əsgərlərin itkisi əsasən Qəzza zolağının cənub istiqamətində baş verib.

Bununla da İsrail Ordusunun noyabrın sonundan Qəzza zolağında keçirdiyi quru əməliyyatları zamanı itirdiyi hərbçilərin sayı 102-ə çatıb. Yaralanan hərbçilər isə 550 olub.

Oxşar xəbərlər