Rusiyada ana və iki övladı yanaraq öldü
31-12-2020, 09:18
169

Rusiyada ana və iki övladı yanaraq öldü

Rusiyada üç nəfər mişar zavodunun ərazisində yerləşən gözətçi otağında baş verən yanğın zamanı ölüb.
Hadisə Voloqda vilayətinin Kiçmenqsko-Qorodeçk rayonunun Sirino kəndi yaxınlığında qeydə alınıb.

Qeyd olunub ki, yanğın zamanı 42 yaşlı ana, onun 2006-ci il təvəllüdlü oğlu və 2007-ci il təvəllüdlü qızı həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar xəbərlər