Böyük daşqınlar, aclıq və quraqlıq - Nostradamusun 2024-cü il üçün proqnozları
13-12-2023, 13:15
1 431

Böyük daşqınlar, aclıq və quraqlıq - Nostradamusun 2024-cü il üçün proqnozları

16-cı əsrdə peyğəmbərlikləri ilə tanınan və "qiyamət kahin" kimi tanınan Nostradamusun 2024-cü il üçün kəhanətləri açıqlanıb. 

Adolf Hitlerə, Con Kennedinin öldürülməsinə, 11 sentyabr hücumlarına və keçmişdə Covid-19 epidemiyasına dair proqnozlar verdiyi bildirilən Nostradamusun gələn il üçün gözləntiləri diqqət çəkib. 

Nostradamusun kehanetlərini araşdıran Mario Reading, Nostradamusun Kraliça Elizabetin ölümünü proqnozlaşdırdığını bildirib. Sənədlərdə “Adalar kralı zorla vəzifəsindən uzaqlaşdırılacaq” ifadəsi işlədilsə də, Reading bunun yaxın zamanlarda taxta çıxan Kral Çarlzın vəzifədən uzaqlaşdırılması anlamına gələcəyini iddia edib. 

Digər tərəfdən, 2024-cü ildə diqqət yetirilməsi lazım olan bölgələrdən biri də Asiya olub.  Nostradamusun “Qırmızı düşmənlər qorxudan solğunlaşacaq, Sakit Okeanda təhlükə yaranacaq” xəbəri də dərc olunub.

Bu kəhanətdə Çinin “qırmızı düşmən” olaraq göstərildiyi iddia edilərkən, Çinin dənizdə döyüşə girə biləcəyi bildirilib. Son zamanlar Çin və Tayvan arasında gərginlik davam etsə də, Çinin dünyanın ən böyük donanmalarından birinə sahib olduğu da diqqət çəkib.

Nostradamusun ən qorxulu kəhanətlərindən biri də qlobal iqlim böhranı ilə dünyanın yeni mərhələyə keçəcəyidir.

"Dünya tədricən quruyacaq və biz böyük daşqınlar görəcəyik. Aclıq və quraqlıq baş verəcək", - məlumatda deyilir. 

Nostradamus, həmçinin katolik dünyasının 2024-cü ildə yeni Papa seçəcəyini təklif edib. Sənədlərdə "Qoca Papanın ölümündən sonra yeni və gənc Romalı seçiləcək. Onu zəif görsələr də, uzun müddət vəzifədə qalacaq" .

Bu sənədi təhlil edən ekspertlər bildirirlər ki, son vaxtlar səhhətində ciddi problemlərdən əziyyət çəkən 86 yaşlı Papa Fransiskin yerinə yeni Papa seçiləcək.


Oxşar xəbərlər