Dünya
13-12-2023, 15:26
6 743
Türkiyə Rusiyaya toyuq yumurtası ixracına başlayıb
Türkiyənin kənd təsərrüfatı müəssisələri Rusiyaya toyuq yumurtası ixracına başlayıb.
Türkiyə Yumurta İstehsalçıları Birliyinin idarə heyətinin rəhbəri İbrahim Afyon tədarüklə bağlı heç bir problemin olmayacağını deyib.
“İlk mərhələdə üç kompaniya Rusiyaya yumurta tədarükünə başlayıb. Ümumilikdə isə Türkiyənin 21 şirkəti bunun üçün icazə alıb. Biz Rusiyanın yumurtaya olan bütün ehtiyaclarını ödəməyə hazırıq”, - deyə İbrahim Afyon bildirib.
Rusiya hakimiyyət orqanlarının bu addımı ölkədə yumurtanın bahalaşması fonunda atdığı bildirilir.
Türkiyə gündə təxminən 70 milyon toyuq yumurtası istehsal edərək bu göstəriciyə görə dünyada doqquzuncu yeri tutur. Ölkədə toyuq yumurtası istehsal edən 470-ə yaxın müəssisə var ki, onların da 110-u ixracla məşğuldur.