Norveç Ukraynaya 800 mln. dollar yardım edəcək
13-12-2023, 16:05
6 689

Norveç Ukraynaya 800 mln. dollar yardım edəcək

Norveç Ukraynaya 800 milyon dollar maliyyə və humanitar yardım edəcək.

"Ukrainian national news" xəbər verir ki, bu barədə Krallığın Baş naziri Yonas Qahr Stor bildirib.

Hökumət başçısının sözlərinə görə, Ukrayna tərəfi dövlət sektorunda çalışanlara - tibb bacılarına, həkimlərə, müəllimlərə və sosial əhəmiyyətli peşələrin digər nümayəndələrinə maaş verməyə davam etməlidir.

Oxşar xəbərlər