İran və Səudiyyə Ərəbistanının XİN başçıları Cenevrədə görüşüb
13-12-2023, 17:08
7 072

İran və Səudiyyə Ərəbistanının XİN başçıları Cenevrədə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudla Cenevrədə görüşüb.

Bu barədə “Islamic Republic News Agency” (İRNA) agentliyi məlumat yayıb.

Nazirlər arasında görüş bu gün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) iclası çərçivəsində baş tutub. Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər