"Brüssel görüşünü təşkil etmək üzərində işləyirik" - Şarl Mişel
13-12-2023, 17:21
7 121

"Brüssel görüşünü təşkil etmək üzərində işləyirik" - Şarl Mişel

Bir neçə gün əvvəl Ermənistan və Azərbaycanın birgə bəyanatının mümkün olması faktı qismən bizim köməyimiz sayəsindədir.

Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel deyib. 

O, qeyd edib ki önəmli olan yer deyil, məzmundur: "Biz onları həvəsləndiririk, həmçinin Brüsseldə baş tuta biləcək görüş təşkil etmək üzərində işləyirik. Amma bizim fikrimizcə, önəmli olan görüş yerindən daha çox nəticədir, çünki Ermənistanda, Azərbaycanda yaşayan insanlar və bizim üçün sülh, təhlükəsizlik və firavanlıq hər şeydən üstündür!. 

Oxşar xəbərlər