Türkiyədə xarici vətəndaşlar terrora görə həbs edildi
14-12-2023, 09:57
8 434

Türkiyədə xarici vətəndaşlar terrora görə həbs edildi

Dekabrın 10-da İzmirdə şübhəlilərə qarşı əməliyyat keçirilib. 
Terror təşkilatı YPG ilə əlaqədə olduqları müəyyən edilən 4 xarici ölkə vətəndaşı bu gün məhkəmə qarşısına çıxarılıb. İzmir Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 4 əcnəbi şübhəlinin terror təşkilatı YPG Xüsusi Təyinatlı Qüvvələrində fəaliyyət göstərdiklərini göstərən fotoşəkillər, sənədlər tapılıb və həmin şəxslər haqqında həbs qərarı verilib. 

Oxşar xəbərlər