Günəş fırtınası hansı ölkəyə necə təsir edəcək?
15-12-2023, 11:09
798

Günəş fırtınası hansı ölkəyə necə təsir edəcək?

2024-cü ildə Günəşdə normadan artıq partlayış olacağı deyilir.
Alimlər qarşıdan gələn “Günəş Maksimumu”unun hansı ölkəyə və necə təsir edəcəyini araşdırırlar.
2024-cü ildə Günəşdə baş verəcəyi təxmin edilən böyük partlayış bir müddətdir ki, dünya gündəmindədir. Günəşin 11 illik dövrlərini təqib edən elm adamları 2025-ci ildə ətrafımızda dövr etdiyimiz köhnə ulduzda normadan yüksək partlayış olacağını bildirmişdi. Bu tarix daha sonra bir il geriyə çəkildikdə, 2024-cü ilə aid fəlakət ssenariləri bütün dünyaya yayılmağa başlayıb. Günəşdə partlayışla bağlı fəlakətli söz-söhbət ilk olaraq Britaniya baş nazirinin müavini Oliver Doudenin açıqlamaları ilə ortaya çıxıb.
İngiltərə xalqını ola biləcək bir fəlakətə qarşı tədbir görməyə çağıran Dowden, mümkün elektrik kəsintiləri səbəbiylə şam və batareya ilə işləyən radioların yığılmasını təklif edib. O, elektrik enerjisinin və dolayısı ilə internet sisteminin çökməsi nəticəsində bəşəriyyətin 'Analoq Çağ'a qayıtma riskinin olduğunu bildirib.
Qeyd edək ki, Alimlərin “Günəş Maksimumu” adlandırdıqları günəş partlayışları ilk dəfə yaşanmır. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzinin (SWPC) mütəxəssisləri Günəşdəki dəyişiklikləri daim izləyirlər. NOAA-nın yenidən işlənmiş bəyanatına görə, "Günəş Cycle 25" adlı püskürmənin pik aktivliyi 2024-cü ilin yanvar və oktyabr ayları arasında baş verə bilər. Həmçinin qeyd edilir ki, sözügedən fəaliyyət 2019-cu ildə verilən proqnozlardan daha güclü və daha uzun sürəcək.

Oxşar xəbərlər