Dünya
15-12-2023, 11:59
796
ABŞ və Yaponiya hərbi təyyarələri birgə təlimlər keçirib
ABŞ Hərbi Hava Qüvvələri (HHQ), Hərbi Dəniz Qüvvələri (HDQ) və Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus təyyarələr Yapon dənizi üzərində birgə təlimlər keçirib.
Bu barədə ABŞ HHQ Sakit okeandakı komandanlığı məlumat yayıb.
“Təlimdə ABŞ HHQ-yə məxsus bir KC-135 tankeri, yeddi F-16 qırıcısı, ABŞ HDQ-yə məxsus iki EA-18G elektron hərbi təyyarəsi və Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus 4 beşinci nəsil F-35 qırıcıları cəlb edilib”, - məlumatda bildirilib.
Qeyd edilib ki, təlimin məqsədilərindən biri taktiki bacarıqları inkişaf etdirmək olub.