Altı ildir itkin düşmüş uşaq başqa ölkədə tapıldı, valideynlərindən də xəbər yoxdur!
15-12-2023, 12:02
795

Altı ildir itkin düşmüş uşaq başqa ölkədə tapıldı, valideynlərindən də xəbər yoxdur!

İtkin düşdüyü bildirilən 17 yaşlı britaniyalı oğlan altı ildən sonra Fransada tapılıb.

Xarici media xəbər verir ki, Fransanın Tuluza şəhər prokurorluğu BBC-yə verdiyi açıqlamada Aleks Batti adlı oğlanın şəhərdəki gənclər mərkəzində olduğunu və qısa müddətdə İngiltərəyə qaytarılacağını bildirib.

2017-ci ildən itkin düşən Aleksi çərşənbə günü səhər Tuluza yaxınlığında yağışda gəzərkən sürücüyə yaxınlaşıb. Aleks sürücünün telefonundan istifadə edərək İngiltərədəki nənəsinə "Səni sevirəm, evə qayıtmaq istəyirəm" mesajı yazıb.

Uşaq anası və babası ilə İspaniyaya tətilə getdikdən sonra itkin düşüb. Aleksin himayəsində olmayan ana və babanın harada olduğu da məlum deyil.

Oxşar xəbərlər