"Rusiya məğlub oluna bilməz" - Vuçiç
15-12-2023, 13:14
971

"Rusiya məğlub oluna bilməz" - Vuçiç

"Rusiya məğlub oluna bilməz, bu, artıq hamıya aydındır, ona görə də Ukraynada yaradılmış “vəziyyət”in həllini tapmaq lazımdır". 
TASS xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
“Ukraynadakı vəziyyətə nəzər salsanız, aydındır ki, Rusiya müharibəni uduzmaya bilməz. Mənə elə gəlir ki, bu, artıq hamıya aydındır. Mən bu və ya digər tərəfin marağı və narahatlığından yox, faktlardan danışıram”, - Serbiya lideri bildirib.
Vuçiçə görə, Rusiyanın məğlubiyyəti indi mümkün deyil, çünki “ehtiraslar o qədər qızışıb” ki, ən kiçik güzəşt xəyanət və milli maraqlara güzəşt kimi qiymətləndiriləcək.

Oxşar xəbərlər