Paşinyanın müavini: "Ermənistan və Azərbaycan tərəfinin növbəti görüşünün tarixi yaxın gələcəkdə müəyyənləşəcək"
15-12-2023, 14:30
994

Paşinyanın müavini: "Ermənistan və Azərbaycan tərəfinin növbəti görüşünün tarixi yaxın gələcəkdə müəyyənləşəcək"

Ermənistan baş nazirinin müavini Mger Qriqoryan deyib ki, sərhədlərin delimitasiyası ilə bağlı Ermənistan və Azərbaycan tərəfinin növbəti görüşünün tarixi yaxın gələcəkdə müəyyənləşəcək.
“Sputnik Armenia” xəbər verir ki, o, bu barədə rusiyalı həmkarı Aleksey Overçukla görüş zamanı bildirib.
Onun sözlərinə görə, bu ilinsonuna qədər Azərbaycanla delimitasiya ilə bağlı yeni görüş olmayacaq: “Növbəti görüşün tarixi və yeri hələ müəyyən edilməyib. Amma iş davam edir”.
“Delimitasiya və demarkasiya illər çəkə bilər, çünki bu, kifayət qədər mürəkkəb prosesdir”,- o vurğulayıb.

Oxşar xəbərlər